Daxili İşlər Nazirliyi (DİN) gənc oğlanın itə işgəncə verməsi ilə bağlı yayılan videogörüntülərə münasibət bildirib.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru polis baş leytenantı Nizam Həmidov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, nazirlik görüntülərdən məlumatlıdır.
Onun sözlərinə görə, polis əməkdaşları tərəfindən araşdırmalar aparılır.
14:32
Azərbaycanda gəncin itə işgəncə verməsini əks etdirən görüntülər yayılıb.
Oxu.Az xəbər verir ki, video sosial şəbəkələrdə paylaşılıb. Paylaşımlarda hadisənin Sabirabad rayonunda baş verdiyi iddia edilir.
Belə ki, oğlan balaca itin boğazına ip keçirərək ona işgəncə verib. Boğazından iplə asılı qalan iti yaxınlıqdakı avtomobilə tərəf aparıb. İtlə bu cür amansızlıqla davranan şəxs sosial şəbəkə istifadəçiləri tərəfindən tənqid edilib.
Paylaşımlarda insanlar şəxsin törətdiyi əmələ görə müvafiq qaydada məsuliyyətə cəlb olunması tələb ediblər.
Həmin görüntüləri təqdim edirik: