Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Rusiya FIFA-da qaldı, rus dili ilə bağlı yeni qərar verildi
Beynəlxalq Futbol Federasiyası (FIFA) rus dilini təşkilatda rəsmi dil kimi təqdim edib.
Qərar FIFA Konqresinin cümə axşamı Dohada keçirilən iclasında qəbul edilib.
Bildirilir ki, rus dili altı rəsmi dildən biri kimi təsdiqlənib.
Bundan başqa, Rusiya Futbol İttifaqı FIFA-dakı üzvlüyünü saxlayıb. Konqresdə bu məsələ qaldırılmayıb. Ancaq Pakistan, Zimbabve və Keniyanın milli assosiasiyaları təşkilata üzvlüyü saxlaya bilməyiblər.
Xatırladaq ki, fevralın 28-də FIFA Rusiya komandalarını beynəlxalq turnirlərdən kənarlaşdırıb. Beləliklə, Rusiya yığması 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatında iştirak şansını itirib. Bundan sonra RFİ İdman Arbitraj Məhkəməsinə (CAS) apellyasiya şikayəti verib, lakin ilkin dinləmələr FIFA-nın xeyrinə başa çatıb.
Mənbə: RİA Novosti
"Keniya" teqi üzrə xəbərlər
- Keniyalı nümayəndə: "İqlim dəyişikliyi insanlara adaptasiya üçün vaxt vermir"
- On yaşlı keniyalı iştirakçı: "COP29-da ən çox xoşuma gələn uşaqlar üçün xüsusi pavilyonun olmasıdır"
- Keniyada çoxmərtəbəli bina uçub: Dağıntılar altında qalanlar var
- 42 qadının qatili olan keniyalı manyak həbsxanadan qaçdı
- İki il ərzində 42 qadın: Keniya manyakının şokedici etirafı
Rəylər