Gəncə şəhərində intihara cəhd edilib.
Oxu.Az xəbər verir ki, bu barədə APA-ya Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasından bildiriblər.
Məlumata görə, Gəncə şəhər sakini, 1995-ci il təvəllüdlü Ş. Abbasova ağır zəhərlənmə diaqnozu ilə xəstəxanaya daxil olub.
Həkimlərin səyi nəticəsində onu xilas etmək mümkün olub. Xəstəxanadan onun səhhətinin normallaşdığı bildirilir.
Nizami rayon Polis İdarəsinin əməkdaşlarının apardıqları araşdırma zamanı Ş.Abbasova bildirib ki, sevdiyi 18 yaşlı C.Məmmədovun başqa qızla nişanlandığın eşidəndə dözə bilməyərək 7 ədəd müxtəlif dərman preparatları içərək intihar etmək istəyib. Faktla bağlı araşdırma aparılır.