Müxalifətin prezidentliyə vahid namizədi Rüstəm İbrahimbəyov dünən Rusiya vətəndaşlığından imtina edib.
Oxu.Az Musavat.com-a isitinadən xəbər verir ki, bu məlumat Milli Şuraya yaxın mənbədən daxil olub.
Qeyd edək ki, Azərbaycanın seçki qanunvericiliyinə görə, ikili vətəndaşlığı olan şəxslər prezidentliyə namizəd ola bilməzlər.
Rüstəm İbrahimbəyovun ikili vətəndaşlıqdan xilas olması isə onun Azərbaycandakı prezident seçkilərində iştirak etmək niyyətinin nə qədər ciddi olduğundan xəbər verir.