ABU-nun sabiq rektoru Elşad Abdullayevin yaydığı rüşvət videolarından sonra həbs olunan keçmiş deputat Gülər Əhmədovanın həbsxanada fiziki durumu stabil deyil.
Oxu.Az Gunxeber.com-a istinadən xəbər verir ki ,məlumata görə, son vaxtlar sabiq deputatın səhhəti daha da pisləşib və psixoloji gərginliyi artıb.
G.Əhmədova əsəb sarsıntısı və stress keçirir. Buna görə də, son vaxtlar ona hər gün adı narkotik vasitələr və psixotrop maddələrin siyahısında olan “Relanium” vurulur. Sabiq deputatın əsəbləri yalnız bundan sonra sakitləşir.
Onun səhhəti ilə bağlı vəkillərindən məlumat almaq mümkün deyil. Çünki sabiq deputat vəkillərinə mətbuata danışmağı qadağan edib.
Qeyd edək ki, “Relanium” adlı dərman güclü psixoloji asılılıq yarada bilir, onun zərəri isə digər güclü təsirli narkotiklərlə müqayisədə xeyli azdır. Buna görə də, tibbə dərmandan onilliklər ərzində istifadə edən adamların olması halları məlumdur.