Bu gün İsmayıllı rayonu, Xanagah kəndində (rayon mərkəzindən 5 km aralı) dağlıq meşə zolağında yanğın hadisəsi baş verib.
Oxu.Az-a Lent.az-a istinadən xəbər verir ki, yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Aviasiya Dəstəsindən 1 ədəd helekopter, Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvə və vasitələri cəlb edilib. Hazırda yanğının söndürülməsi üzrə işlər davam etdirilir.