Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) ötən il ərzində penitensiar müəssisələrdə cəza çəkməkdən azad olunan, tibbi və sosial yardıma ehtiyac duyan 5 823 nəfər şəxsi birdəfəlik pul müavinəti ödəyib.
Bu barədə nazirlikdən Oxu.Az-a bildirilib.
“Qeyd olunan insanların hər birinə minimum əmək haqqının 4 misli məbləğində (420 manat) birdəfəlik pul müavinəti ödənilib”, - deyə ƏƏSMN –dən qeyd edilib.
Ülviyyə R. Əli
www.oxu.az