Ötən əsrin əvvəlində Azərbaycanda 300-dən bir az artıq həkim çalışırdısa, indi bu rəqəm 32 mini keçib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, bunu səhiyyə naziri Oqtay Şirəliyev kollegiya iclasında çıxışı zamanı deyib.
Nazir bildirib ki, bu gün səhiyyə sahəsində imkanlar ildən-ilə artdığı kimi, insanların tələbi də artır:
“Sərhədlər açıqdır. Hər bir Azərbaycan vətəndaşının istədiyi ölkəyə səyahət etmək, orada səhiyyə xidmətlərindən xəbərdar olmaq imkanları var. Bu gün insanlar Azərbaycan səhiyyəsini ABŞ, İngiltərə səhiyyəsi ilə müqayisə edir və onlarla eyni səviyyədə olmasını istəyirlər. Əlbəttə ki, biz də bunu istəyirik və bunun üçün çalışırıq. İnşallah, bizim səhiyyəmiz onlardan da yüksək səviyyədə olacaq”.