Gülün Çankaya Köşkündə vəzifə yerinə yetirdiyi 7 il müddətində çəkilən fotoları yayımlanıb.
Oxu.Az xəbər verir ki, ANS PRESS-in məlumatına görə, Gül bu şəkillərlə əlaqədar olaraq münasibət bildirib. Prezident qeyd edib ki, bu fotolar 7 ilin xülasəsidir.
“Fotoqraflar hər yerdə ən yaxşı fürsəti dəyərləndirmək üçün daim gözüaçıq oldular. 7 il müddətinə gördüyünüz və hər kəsin izlədiyi şəkilləri çəkdilər”, - deyə Abdullah Gül söyləyib.
Hər yerə özü ilə birgə fotoqrafçıları da aparan Gül prezidentlik səlahiyyətlərini yerinə yetirdiyi müddətdə xeyli maraqlı şəkillər çəkdirib.