Azərbaycanda əhalinin hər 10 min nəfərinə orta hesabla 35 həkim və 59 orta tibb işçisi düşür.
Bu barədə Oxu.Az Dövlət Statistika Komitəsinə (DSK) istinadən xəbər verir.
İlkin məlumatlara əsasən, 2016-cı ilin əvvəlinə ölkədə 573 xəstəxana və 1753 ambulatoriya-poliklinika müəssisəsi fəaliyyət göstərir.
Bu müəssisələrdə 33,1 min həkim və 56,3 min orta tibb işçisi çalışır.
Ülviyyə R. Əli
www.oxu.az