İnsan psixikası hər saniyə ölən adamı görməyi qaldırmır və təbii ki, zədələr yaranır.
Oxu.Az azadxeber-ə istinadən xəbər verir ki, hər il 55 min insanımız dünyasını dəyişir.
Ortalama Azərbaycan əhalisinin 60 faizi Facebook istifadəçiləridir. Bu o deməkdir ki, hər gün neçə-neçə profil sahibi, bir ilə isə təqribi 10 mindən çox profil rəhmətə gedir. Doğum günü təbrikləri kimi, bu insanların profillərinə girmək və üzüntünü bildirmək ənənəsi yaranır.
Sadəcə vacib məqamlardan biri budur ki, emosional həssas insanlar üçün bu səhnələr ümidsizlik və yaşam tonunun düşməsi ilə nəticələnir. Əgər biz sosial şəbəkədən kənar yalnız bir dəfə baş sağlığı veririksə, bir dəfə ümidsizləşiriksə, burada hər dəfəsində bu acını görürük və naümid oluruq. Bu sırf təbii insan inkişafına mane olacaq amillərdəndir. İnsan psixikası hər saniyə ölən adamı görməyi qaldırmır və təbii ki, zədələr yaranır. Sırf insan rifahı naminə ölən profillər səhifələrinə yazarkən, dərin kədər düşüncəsi paylaşarkən əsəbləri zəif olanlar nəzərə alınmalıdır.