Türkiyəli məşhur cərrah, İstanbulun "NeoLife" Tibb Mərkəzinin həkimi azərbaycanlı həkimləri sosial şəbkədə biabr edib.
Oxu.Az xəbər verir ki, həkim Hamdi Koçər Facebook hesabında bunları yazıb:
“Bu gün Bakıdan gələn xəstəyə yenə orada əməliyyat etdirməli olduğunu deyiblər. Ancaq mənim gördüyüm qədərilə əməliyyata ehtiyac yoxdur. Mənə Bakıdan tez-tez belə lazımsız əməliyyat təklifi edilmiş xəstələr müraciət edir. Özünüzə diqqət edin”.
Qeyd edək ki, Hamdi Koçər Ümumi Cərrahiyyə üzrə mütəxəssisdir. Türkiyədə, Fransada, Almaniyada cərrah kimi fəaliyyət göstərib. Avropa yırtıq dərnəyi və Amerika süd vəzi cərrahları birliyinin üzvüdür. Hazırda Istanbulda özəl xəstəxanaların birində süd vəzi xərçəngi əməliyyatlarını həyata keçirən cərrah kimi fəaliyyət göstərir.
