Yeni tədris ilinin ilk günündə Sumqayıt Dövlət Universitetinə dərsə gələn bir neçə hicablı tələbə Universitetə buraxılmayıb. Buna səbəb onların geyimləri olub.
Oxu.Az ANS TV-yə istinadən xəbər verir ki, Universitetin Humanitar məsələlər üzrə prorektoru Nizami Namazov hadisə ilə bağlı bunları deyib:
“Şəxsiyyət vəsiqəsində şəkil necədirsə onlar elə də Universitetə gəlməlidirlər. Onlar Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına təqdim etdikləri şəkillərdə hicablı deyillər. Mən demişəm ki, dərsə o şəkildəki kimi gəlin”.
Bu məsələyə Sumqayıt sakinlərinin fikri isə birmənalı olmayıb.
Bəzi sakinlər Universitetə hicabla getməyin qadağan olduğunu desələr də digərləri düşünür ki, əgər o tələbələr intizamlıdırlarsa onda geyimin nə önəmi var.