Dünya ulduzu Beyons ad günü şənliyinin şəkillərini paylaşıb.
Oxu.Az əcnəbi mətbuata istinadla xəbər verir ki, müğənni 33 yaşını ailəsi ilə birlikdə Fransanın cənubunda keçirib. Beyons, Jay Z və körpə Blyu Ayvi “Lacivərd” sahilin gözəl məkanlarına səyahət ediblər.
Ayrılmaları barədə gəzən şayiələrə baxmayaraq onlar gəzinti zamanı çəkdirdiyi bütün şəkillərdə qol-boyun olublar. Ad günü məclisinə müğənninin anası Tina Noulz və bir neçə nəfər dostları da qoşulub.
Yemək zamanı müğənninin əri ona üzəri arı pətəyi, arı və “Kraliça Beyons” yazısı olan qalpaq hədiyyə edib.
Aytən Sadıqzadə