ABŞ-li məşhur müğənni Beyonseyə (əsl adı Beyonse Jizel Noulz-Karter) qarşı məhkəmə iddiası qaldırılıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə TMZ nəşri məlumat verib.
İddiaçılar "Hirose Enterprise" şirkəti və prodüser Syudzi Hirose, eləcə də bir sıra musiqi şirkətləri olub. Beyonse müəllif hüquqlarının pozulmasında ittiham olunur.
"Moonraker" mahnısının hüquqlarına sahib olan Hirose iddia edir ki, sənətçi "Alien Superstar" trekinin canlı ifası zamanı onun bəstəsindən olan bir fraqmentdən istifadə edib.
Qaynar xətt:
(055) 224 12 12