20 yaşlı Məlikzadə Zaur Qorxmaz oğlu yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.
Oxu.Az xəbər verir ki, Abşeron Rayon Polis İdarəsindən ANS TV-yə verilən məlumata əsasən, Masazır qəsəbəsi, Xaqani küçəsi, ev 14-də qeydiyyatda olan 20 yaşlı Məlikzadə Zaur Qorxmaz oğlu 05 iyul 2015-ci il tarixdə saat 16:30-da yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.
Məlikzadə Zaur Qorxmaz oğlunun əlamətləri belədir: boyu 170 sm, arıq bədən quruluşlu, saçlarının rəngi qara və sıxdır.
Gözləri qəhvəyi, sifəti yumru və qarayanızdır. Evdən çıxarkən onun əynində göy rəngli cins şalvar, ağ rəngli qisaqol köynək, ayaqlarında isə göy rəngli makasin tipli ayaqqabı olub.
Məlikzadə Zaur Qorxmaz oğlunu görənlərdən və ya onunla bağlı hər hansı məlumatı olanlardan bu barədə (012) 340-02-02, (012) 342-10-27 şəhər və (055) 391-02-02 mobil nömrələrə zəng vurmaları xahiş olunur.
E.Ə.
www.oxu.az