Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Azərbaycanda ilk dəfə “Albalı və gilas” festivalı keçirilib - FOTO
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin və Xaçmaz Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə, “Azərbaycan Giləmeyvə İstehsalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyi ilə tərəfdaşlıq çərçivəsində Azərbaycanda ilk dəfə “Albalı və gilas” festivalı keçirilib.
Nazirlikdən bildirilib ki, tədbir Xaçmaz şəhərindəki “Zəfər” parkında təşkil olunub.
Festivalda nazirlik nümayəndələri, şimal rayonlarının icra hakimiyyətinin rəhbər şəxsləri, alimlər, fermerlər, aqrar sahədə fəaliyyət göstərən şirkət əməkdaşları, eləcə də yerli və xarici qonaqlar iştirak edib. Tədbirin keçirilməsində məqsəd fermerlərin yetişdirdiyi albalı və gilas növlərini nümayiş etdirmək, fermer və sahibkarlar arasında işgüzar əlaqələri genişləndirməkdir.
Albalı-Gilas festivalının Xaçmaz rayonunda keçirilməsi təsadüfi deyil. Ölkə üzrə gilas bağlarının 35%-i, istehsal olunan gilasın isə 42%-i Xaçmaz rayonunun payına düşür.
Məhsul istehsalının artması, fermerlərimizin hər il daha çox gəlir əldə etməsi dövlətin aqrar sahədə əsas hədəflərindəndir. Bu səbəbdən müasir intensiv bağların salınması dövlət tərəfindən dəstəklənir, bu sahəyə subsidiyalar ayrılır.
"Xaçmaz rayonu" teqi üzrə xəbərlər
- İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunan Xaçmaz sakini SAXLANILDI
- Xaçmaz polisindən ƏMƏLİYYAT - Dəstə üzvləri ƏLƏ KEÇDİLƏR
- Xaçmazda qanunsuz ağac kəsimi - Təbiətə 21 min manatdan çox ziyan vuruldu
- Dərslər niyə bumbuz otaqlarda keçirilir? - Valideynlər etiraza qalxdılar
- DSX zabiti faciəli şəkildə öldü