“Umico” mobil tətbiqi, son altı ay ərzində Azərbaycanda alıcıların ürəklərinə yol açmışdır.
Hazırda 400 mindən artıq müştəri xidmətdən fəal istifadə etməyə davam edir. “Umico”-ya 1000-dən artıq tərəfdaş şirkət qoşulub.
Onların arasında Azərbaycan pərakəndə sektorunun ən böyük şirkətləri olan “Bravo”, “Azercell”, “Optimal”, “World Telecom”, “Alma Store”, “Mi Home”, “Go Sport”, “Flo”, “Ideal”, “Sabina”, “Istikbal”, “Dogtaş”, “Madame Coco”, “Decoria”, “Vapiano”, “Pasha Holidays”, “Respublika Diaqnostika Mərkəzi”, “Bona Dea”, “PAŞA Sığorta” Bakı, “Ştutqart” və bir çox digərləri var.
“Umico” tərəfdaş şirkətlərində mobil tətbiq və ya plastik kartın köməyilə alış-veriş edən hər bir alıcı keşbek alır, yəni xərclədiyinin bir hissəsi bonuslar şəklində onun “Umico” kartına qayıdır.
Toplanılan bonusları, bütün “Umico” tərəfdaş şirkətlər şəbəkəsində yenidən xərcləmək olar.
Bu son deyil! Bu gün “Umico” yeni, ölkə tarixində ən irihəcmli lotereyalardan birinin başlanmasını elan edir. ”Umico Bingo” adlı kampaniya 2019-cu ilin 29 noyabrından 2020-ci ilin 26 yanvarına qədər keçiriləcək. 56 gün ərzində lotereyada... 660 mükafat və əsas hədiyyə kimi “Jeep” avtomobili oynanılacaq.
Mükafatların arasında Azərbaycanın 30-dan artıq aparıcı şirkətinin hədiyyə sertifikatları da var: “Bravo”, “Grandmart”, “Belaruski”, “Balli” supermarketləri, “Ag Oil” yanacaqdolduma məntəqələri, “Domino`s Pizza”, “Anadolu”, “Chio Chio San”, “Günaydın”, “Rodizio” restoranları, “Park Cinema” kinoteatrları, “Ideal”, “Sabina”, “Yves Rocher” kosmetika və parfümeriya mağazaları, “Face Up Beauty Academy” gözəllik salonu, “Decoria”, “Madame Coco”, “Evimiz” məişət mallar mağazaları, “ZARA”, “GAP”,“ ALDO”, “Stradivarius”, “BERSHKA”, “MASSIMO” “DUTTI”, “Penti”, “FLO”, “Pazolini”, “US Polo”, “Faik Sönmez”, “Gerry Weber”, “Ramsey” paltar və ayaqqabı mağazaları, “Pandora” zinət əşyaları mağazaları, “Go Sport” idman malları mağazaları, “Ştutqart” avtomərkəzləri, “World Language Centre”, “Ders Evi” təhsil kursları, “Marxal” mehmanxanası.
Həmçinin, elektrik çaydanlar, tosterlər, blenderlər, mikserlər, mikrodalğalı sobalar, multibişiricilər, qəhvəbişirən cihazlar, mətbəx kombaynları, şirəçəkənlər, fenlər və elektrik üzqırxanlar, tozsoranlar, ütülər, sərinkeşlər, havaçəkənlər, paltar və qabyuyan maşınlar, tikiş maşınları, televizorlar və ev kinoteatrları kimi müxtəlif məişət texnikası oynanılır.
Sözsüz ki, müasir cihazlarsız keçinməyib. Lotereyanın mükafatları arasında iştirakçıları “iPhone” və “Samsung” smartfonları, “Samsung Galaxy Watch” ağıllı saatları, simsiz dinamiklər kimi ən yeni qurğular gözləyir.
Bəs necə oynamaq və qazanmaq olar? Çox asan!