Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
![Azərbaycanda ilk Rəqəmsal Sənət məktəbi “Azərbaijan Digital Arts School (ADAS)” fəaliyyətə başlayıb](https://images.oxu.az/2018/09/11/10/17/17/d8c6dab7-e7fe-417d-b417-106c70280f1f/1-01:1200.png)
Azərbaycanda ilk Rəqəmsal Sənət məktəbi “Azərbaijan Digital Arts School (ADAS)” fəaliyyətə başlayıb
Azərbaycanda ilk Rəqəmsal Sənət məktəbi “Azerbaijan Digital Arts School (ADAS)” artıq fəaliyyətə başlayıb.
Yeni yaradılan məktəbin əsas məqsədi qrafik ve veb dizayn, eləcə də, kodlaşdırma sahəsini inkişaf etdirmək və standartları yüksəltməkdir. Burada dizayn işi akademik səviyyədə tədris olunur. Tədrisə həm incəsənət, həm də elmi tərəfdən yanaşılır, peşəkarlar tərəfindən aparılır.
Şirkətin təsisçisi Əli Mirzəyev, Layihənin ideya müəllifləri Rəşad Qafarzadə və Elmibəy Əliyev ADAS haqqında məlumat verərkən onun artıq Azərbaycanda ilk rəqəmsal məktəb olduğunu və tələbələrin tədris olunan fənnlər üzrə peşəkar biliklərə yiyələnə biləcəklərini vurğulayırlar.
“ADAS”da dərslər ümumilikdə coder və qrafik dizayn olmaqla, iki istiqamətdə həyata keçirilir.
Dərslər, əsasən, qrafik dizayn - softing (Adobe Photoshop, Adobe Illustrator, Adobe InDesign, Adobe After Effects), qrafik dizaynın tarixi, illüstrasiya, sketching, motion qrafik dizayn fakültələri üzrə tədris olunur.
Veb üzrə isə Frontend (HTML, CSS, Javascript) və Backend (PHP və MySQL) tədris edilir.
Qrafik dizayn üzrə dərslər dünya üzrə aparıcı qrafik dizayn məktəblərinin tədris sistemi əsasında keçilir. Təhsil haqqını ödədikdən sonra tələbələrə istədikləri dərsdə azad şəkildə iştirak imkanı yaradılır.
Bununla yanaşı, tipoqrafiyanın əsasları təcrübəli lektorlar tərəfindən tədris olunur. Tədris 13 yaşdan 16-də qədər və 16-dən yuxarı olmaqla, iki yaş qrupu üzrə aparılır:
Dərslərə arzu edən hər kəs yazıla bilər.
Tədris müddəti ümumilikdə üç ildir. Bir illik kursu bitirənlərə sonda şəhadətnamə, tam üç illik təhsil müddətini bitirən məzunlara isə sonda diplom təqdim ediləcək. Eləcə də, məktəbi yüksək nəticələrlə bitirən tələbələrin işlə təmin edilməsinə şərait yaradılacaq.
Tədris müddəti oktyabrdan iyun ayınadək davam edəcək.
Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 108.
Əlaqə nömrəsi: (012) 408-54-34, (050/055) 306-54-34.
https://www.facebook.com/adasium/
![](https://img.youtube.com/vi/j9fhtzsXa1s/sddefault.jpg)
Rəylər