“Bu günə olan məlumata görə, ölkə üzrə ümumi istifadə olunan dozaların sayı 11 milyon 255 mindir”.
Oxu.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Səhiyyə nazirinin birinci müavini, səhiyyə naziri vəzifəsini müvəqqəti icra edən Teymur Musayev bildirib.
Onun sözlərinə görə, iki doza vaksin olunanların sayı 4 milyon 777 min nəfər:
“Buster doza alanların sayı isə 1 milyon 255 min nəfərdir”.
O qeyd edib ki, vaksin olunanların sayı yaşa görə 65-68 faiz arasında dəyişir.
İlhamə Əbülfət