Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Azərbaycanda istilik qurğularının istismarı üzrə təhlükəsizlik tədbirləri həyata keçiriləcək
İstilik qurğularının, şəbəkələrin, istilik istehlakı qurğularının istismarı üzrə həyata keçirilən texniki-təşkilati tədbirlər insanların sağlamlığının, həyatının və ətraf mühitin təhlükəsizliyini təmin etməlidir.
Oxu.Az xəbər verir ki, bu, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "İstilik təchizatı haqqında" yeni qanun layihəsində əksini tapıb.
Yeni qanun layihəsinə əsasən, istilik təchizatı subyektləri tikinti, quraşdırma, istismar və təmir işləri apararkən istilik qurğularının istismarında təhlükəsizlik texnikası qaydalarına riayət etməli, inşa olunan və istismar edilən qurğuların zərərli və təhlükəli təsirinin azaldılmasına yönəldilmiş texniki, təşkilati və digər tədbirlər həyata keçirməlidir.
İstilik istehsalı və paylanması üçün nəzərdə tutulmuş istilik qurğuları, habelə istilik istehlakı qurğuları texniki normativ hüquqi aktlarla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.
Şəbəkələrin mühafizəsinin təmin olunması, istismarı üçün şəraitin yaradılması və zədələnməsinin qarşısının alınması, həmçinin insanların həyat və sağlamlığının, təhlükəsizliyinin təmin edilməsi məqsədilə şəbəkə ətrafında mühafizə zonaları müəyyənləşdiriləcək.
Şəbəkənin mühafizə zonalarında Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə qadağan olunmayan təsərrüfat işləri aparıla bilər.
Şəbəkənin mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair tələblər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək.
Mərahim Nəsib
"Milli Məclis" teqi üzrə xəbərlər
- Cavanşir Paşazadə: "Pay torpaqlarında tikilən evlərlə bağlı problem var"
- Vüqar İsgəndərov: "Elektronlaşma həm dövlətin, həm də iş adamlarının işini sadələşdirir"
- Miras şərikləri vərəsəlik şəhadətnaməsi ala biləcəklər
- Vərəsələr hansı halda məsuliyyət daşıyacaqlar?
- Mirasdan imtina etməmək mirasın qəbulu sayılacaq