Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

AQTA-nın Bakı Regional bölməsinin rəisi öz xahişi ilə vəzifəsindən azad edilib
"Zaur Kərimov Qida Təhlükəsizlik Agentliyinin (AQTA) Bakı Regional bölməsinin rəisi vəzifəsindən öz xahişi ilə azad edilib".
Bu barədə Oxu.Az-a AQTA-nın İctimaiyyətlə əlaqələr sektorunun müdiri İlkin Kərimov məlumat verib.
O bildirib ki, sözügedən xəbər köhnə məlumat əsasında hazırlanıb:
"Belə ki, Zaur Kərimov dörd ay bundan əvvəl, yəni daha dəqiq desək, 16.12.2024-cü il tarixdə öz xahişi ilə tutduğu vəzifədən azad edilib və elə həmin tarixdən etibarən bu vəzifəni Elşad Mehman oğlu Cəbrayılov icra edir".
Aygün Mirakif
Qida Təhlükəsizlik Agentliyinin (AQTA) Bakı Regional bölməsinin rəisi vəzifəsindən istefa verib.
Oxu.Az Manset.az-a istinadla xəbər verir ki, qurumun Bakı Regional bölməsinin rəisi Zaur Kərimov ərizə yazaraq AQTA-nın sədri Qoşqar Təhməzliyə təqdim edib.
Daha sonra Q.Təhməzlinin müvafiq əmri ilə Zaur Kərimov tutduğu vəzifəsindən azad edilib.
Onun vəzifəsi AQTA-nın Hüquq şöbəsinin müdiri Elşad İsgəndərova həvalə edilib. Zaur Kərimovun istefasının səbəbi bəlli deyil.
Qeyd edək ki, AQTA-nın Bakı Regional bölməsi qurumun ən mühüm strukturlarından hesab edilir.
"İşdən azad olunma" teqi üzrə xəbərlər
- Sabiq icra başçısının direktor qızı işdən çıxarıldı
- Azərbaycan Mərkəzi Bankının sədrinin müşaviri vəzifəsindən azad edilib
- Opera və Balet Teatrının direktor müavini vəzifəsindən azad edilib
- Kəmaləddin Heydərov rəisi təqaüdə göndərdi
- Mərkəzin direktoru işdən çıxarıldı - Yerinə baş məsləhətçi gətirildi