Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

İstanbulda 6.2 ballıq zəlzələ təşvişə səbəb oldu: Bir nəfər eyvandan tullanaraq xəsarət alıb
İstanbulun Bahçelievler rayonunda baş verən zəlzələ zamanı təşvişə düşən bir nəfər yaşadığı binanın eyvanından tullanaraq xəsarət alıb. Hadisə yerinə dərhal səhiyyə və təhlükəsizlik qüvvələri cəlb olunublar.
Oxu.Az-ın "Türkiye Gazetesi"nə istinadla verdiyi məlumata görə, 6.2 bal gücündə olan zəlzələ Mərmərə dənizi sahilində yerləşən bir çox vilayətlərdə, o cümlədən Bursa və Yalovada güclü şəkildə hiss olunub.
Bursanın 17 rayonunda zəlzələnin təsiri hiss edilib. Xüsusilə çoxmərtəbəli binalarda yaşayan vətəndaşlar arasında böyük təşviş yaşanıb.
Yalova şəhər mərkəzində və ətraf rayonlarda da insanlar təşvişə düşüblər. Hazırda digər xəsarət alanlar və dağıntılarla bağlı məlumat yoxdur.
"İstanbulda zəlzələ" teqi üzrə xəbərlər
- Türkiyədə zəlzələ olub, İstanbulda da hiss olunub
- Türkiyəli mütəxəssis İstanbulda zəlzələyə ən dayanıqlı və təhlükəli bölgələrin xəritəsini paylaşdı
- İstanbulda böyük zəlzələlər gözlənilir? - Türkiyəli professordan PROQNOZ
- Türkiyədə 6.2 bal gücündə zəlzələdən sonra sunami təhlükəsi elan edilib
- İstanbulda ard-arda zəlzələlər qeydə alınıb