Bu gün İstanbul və ətraf ərazilərdə baş vermiş zəlzələ nəticəsində təxminən 240 vətəndaş xəsarət alıb.
Oxu.Az "Hürriyet"ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Kamal Memişoğlu məlumat verib.
Nazir Fövqəladə Hallar İdarəsinin operativ qərargahında çıxışı zamanı bildirib ki, xəsarət alanların əksəriyyətinin xəstəxanaya yerləşdirilməsinə ehtiyac olmayıb.
"Ümumilikdə 236 vətəndaşımız zəlzələ nəticəsində, əsasən panikaya qapılıb evlərini tərk edərkən xəsarət alıb. Bunlardan 173-ü birbaşa İstanbuldadır", - deyə nazir qeyd edib və əlavə edib ki, onlara yerində tibbi yardım göstərilib.
Türkiyənin ekologiya və şəhərsalma naziri Murad Kurum isə açıqlamasında bildirib ki, zəlzələdən sonra 378 binada struktur zədələri ilə bağlı qaynar xəttə müraciət daxil olub.
Nazir əlavə edib ki, təhlükəsizlik tədbiri olaraq 12 binadan sakinlər təxliyə edilib.
İstanbulda 6.2 bal zəlzələ ilə əlaqədar 150-dən çox insan xəsarət alıb.
Oxu.Az-ın "Haber Global"a istinadla verdiyi məlumata görə, bu barədə İstanbul valiliyindən xəbər verilib.
Bildirilir ki, yaralanmalar əsasən insanların təlaşa düşərək, yüksək yerlərdən tullanmaları səbəbindən baş verib.
"151 vətəndaşımızın müalicələri xəstəxanalarda davam etməkdədir və həyati təhlükələri yoxdur" , - deyə məlumatda qeyd olunub.
Bu gün Türkiyənin İstanbul şəhərində yerli vaxtla saat 12:13-dən etibarən yeddi zəlzələ qeydə alınıb.
Oxu.Az bu barədə AFAD-ın rəsmi "X" hesabına istinadla xəbər yayıb
Zəlzələlər əsasən Mərmərə dənizində, İstanbulun Silivri və Böyükçəkmecə sahillərinə yaxın ərazilərdə baş verib.
Zəlzələlərin gücü aşağıdakı kimidir:
3.9 bal - Mərmərə dənizi, Silivriyə (İstanbul) 25.54 km məsafədə;
6.2 bal - Mərmərə dənizi, Silivriyə (İstanbul) 23.16 km məsafədə;
4.4 bal - Mərmərə dənizi, Böyükçəkmeceyə (İstanbul) 14.74 km məsafədə;
4.9 bal - Mərmərə dənizi, Böyükçəkmeceyə (İstanbul) 16.77 km məsafədə;
4.5 bal - Mərmərə dənizi, Böyükçəkmeceyə (İstanbul) 14.24 km məsafədə;
4.8 bal - Mərmərə dənizi, Böyükçəkmeceyə (İstanbul) 23.15 km məsafədə;
5.9 bal - Mərmərə dənizi, Böyükçəkmeceyə (İstanbul) 23.88 km məsafədə.
Hazırda zəlzələlərin nəticələri ilə bağlı araşdırmalar davam edir. Rəsmilər əhaliyə ehtiyatlı olmağı tövsiyə edirlər.
İndiyə qədər bir yaralı barədə məlumat verilib. Bundan başqa üçmərtəbəli bir bina çöküb.
İstanbulda 6.2 güclü zəlzələdən sonra daha iki təkan qeydə alınıb.
Oxu.Az xəbər verir ki, hadisə ilə bağlı Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Bildirilir ki, növbəti təkanlar 4.4 və 4.9 maqnitudalı olub.
Sonuncu zəlzələnin episentri Mərmərə dənizində, Büyükçekmece sahillərində olub.
Türkiyənin İstanbul şəhərində zəlzələ baş verib. Yeraltı təkanların 6.2 gücündə olduğu vurğulanıb.
Oxu.Az xəbər verir ki, hadisə ilə bağlı Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Zəlzələ episentri Silivriyə 25.54 km məsafədə yerləşib. Təkanlar Silivri, Beylikdüzü və Esenyurtda hiss edilib.
Qeyd edək ki, bundan əvvəl 4 bal gücündə zəlzələ qeydə alınıb.
Zəlzələ ilə əlaqədar İstanbul sakinləri sosial media hesablarında paylaşımlar edərək narahatlıqlarını ifadə ediblər.
#DEPREM
— AFAD Deprem (@DepremDairesi) April 23, 2025
Büyüklük:6.2 (Mw)
Yer:Marmara Denizi - [23.16 km] Silivri (İstanbul)
Tarih:2025-04-23
Saat:12:49:10 TSİ
Enlem:40.86 N
Boylam:28.24444 E
Derinlik:6.92 km
Detay:https://t.co/yDybZf2bx3@afadbaskanlik @trthaber @anadoluajansi