Ev heyvanlarının saxlanılması qaydalarının pozulmasına görə inzibati cəzalar sərtləşdirilir və yeni cəzalar müəyyənləşdirilir.
Məsələ yaxın vaxtlarda Milli Məclisdə müzakirə olunacaq və bu məsələlərlə bağlı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə müvafiq dəyişiklik ediləcək.
Təklif olunan dəyişiklikdə itlərin cilovsuz, iri itlərin isə həmçinin buruntaqsız ümumi məhəllələrdə və ya küçələrdə gəzdirilməsinə, sərxoş vəziyyətdə (alkoqollu içkilərdən, narkotik vasitələrdən və ya digər təsir edən maddələrdən istifadə etməklə) olan şəxs tərəfindən ev heyvanlarının gəzdirilməsinə, ev heyvanlarının insanların üzərinə saldırılmasına, ev heyvanlarının xarici görkəmini dəyişdirmək və ya digər qeyri-müalicəvi məqsədlə cərrahi əməliyyatların (qulaqlarının kəsilməsi, devokalizasiya, dırnaq və dişlərin çıxarılması) aparılmasına görə – 200 manat miqdarında cərimə nəzərdə tutulur.
Qeyd edək ki, hazırki qanunvericiliyə əsasən, şəhərlərdə və ya digər yaşayış məntəqələrində it, pişik və ya başqa ev heyvanlarının saxlanılması qaydalarının pozulmasına görə beş manatdan iyirmi manatadək miqdarda cərimə edilir.
www.publika.az
Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin