Azərbaycan paytaxtında çəkilmiş fotoşəkillərdən biri məşhur “National Geographic” jurnalında mayın 21-i üçün günün fotosu elan edilib.
Milli.Az bildirir ki, fotonun müəllifi, norveçli fotoqraf Erik Andre Yuriks yazıb:
“Bakıda qışda oldum və qarla qarşılaşdım. Səhər çox soyuq idi. Azərbaycanın sürətlə yenilənən paytaxtında dükanlar həmişə açıq olur.
Mən də əsrlərlə tarixi olan Təzə Bazarın yanındakı küçə ilə gedəndə içi alma ilə dolu köhnə sovet “Volqa”sı gördüm. Təəccübləndim. Çox qəribə, gözəl səhnə mənə uşaqlıq illərimi xatırlatdı.
Doğma Norveçdə almaları səliqə ilə yığar, evin zirzəmisində saxlayardıq. Çox dadlı, təravətli almalar idi”, - Yuriks yazıb.
Bakıda çəkilmiş foto National Geographic-də “Günün fotosu” kimi təqdim olunub.
www.milli.az
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin