TƏBİB-in koronavirusla bağlı 24 saat fəaliyyət göstərən qaynar xətti fəaliyyətə başlayıb.
Oxu.Az xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti yanında operativ qərargahın koronavirusla bağlı KİV nümayəndələri üçün keçirilən brifinqində “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi”nin (TƏBİB) mətbuat katibi Rəvanə Əliyeva bildirib.
O qeyd edib ki, qaynar xəttin nömrəsi 1542-dir:
“Hər hansı vətəndaş özündə koronavirusla bağlı şübhə və ya digər əlamətlər hiss edərsə, bu qaynar xətlə əlaqə saxlasınlar”.
İlhamə Əbülfət
Rəylər