Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqqılarına əlavələrin verilməsi müddəti 2026-cı il iyuladək uzadılıb.
Oxu.Az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Belə ki, sənədə əsasən, COVID-19 infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqqılarına müddətli əlavənin müəyyən edilməsi barədə qərara dəyişiklik edilib.
Qeyd edək ki, bu müddət aprelin 1-də başa çatıb.
Qaynar xətt:
(055) 224 12 12