Analoqu olmayan şeylərə görə, ölkəmizin həqiqətən də analoqu yoxdur. Və budur, Azərbaycanın Quba şəhərinin kəndlərindən birində bu kateqoriyadan olan hadisə baş verib.
Belə ki, Qubanın yaxınlığında yerləşən Nügədi kəndinin sakini, heyvandar Rauf Piriyev qoyun ətinin kreditlə satışına başlayıb. Bu, ölkəmizdə ilk belə hadisədir.
Oxu.Az Vesti.Az-a istinadən xəbər verir ki, R.Piriyev satışın həcmini artırmaq üçün qoyun ətini şəxsiyyət vəsiqəsi və iş yerindən arayışla satır. Bu yeniliyin sayəsində o, gün ərzində 30-35 qoyunu kəsərək sata bilir.
Doğurdan da. Həm gülməli, həm də ağlamalı haldır. Bilmirsən, R.Piriyevin yeniliyinə acı-acı güləsən, yoxsa yoxsullara qayğıya görə gözündə yaş ona minnətdarlığını bildirəsən?! Belə desək, R.Piriyev bir atəşlə iki dovşanı vurub: həm ət satışı artıb, həm də indi yoxul insanlar da evinə ət ala bilər. Düzdür, sahibkarın borcun gecikməsinə görə faiz alıb-almayacağı dəqiqləşdirilmir. Maraqlıdır, görəsən sabah nəyi kredit ilə satacaqlar? Bəlkə mal ətini?