Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Azərbaycanda məhkumlar xalça toxuyacaqlar - FOTO
Bakıdakı qadın həbsxanası xalça istehsalı üçün sifarişlər qəbul edəcək.
Oxu.Az Ədliyyə Nazirliyi Penitensiar xidmətin saytına istinadən bildirir ki, qurum tərəfindən məhkumların ictimai faydalı əməyə cəlb olunmaları istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində mövcud imkanlar hesabına istehsal edilən məhsullarının çeşidinin artırılmasına da səy göstərilir.
Bu sahədə növbəti addım istehsalat sahəsi formalaşmaqda olan 11 saylı cəzaçəkmə müəssisəsində atılıb. Belə ki, burada xalça toxunuşunda istifadə olunan, xüsusi tələblərə cavab verən xanaların istehsalına başlanılıb.
Xanalardan 4 saylı cəzaçəkmə müəssisəsində mövcud olan xalça sexində istifadə olunması və eləcə də müvafiq istehsalla məşğul olan digər müəssisələrdən sifarişlər qəbul edilməsi nəzərdə tutulub.
Qeyd edək ki, 4 saylı cəzaçəkmə müəssisəsində qadın məhkumlar saxlanılır.
E.Ə.
www.oxu.az
"Bakı" teqi üzrə xəbərlər
- Bakının iki rayonunda keçirilən əməliyyat zamanı 22 qumbara aşkarlandı
- Bakı küçələrindən rəngarəng reportaj: Novruz hazırlıqları necə gedir?
- KİV: "Trampın xüsusi elçisi Bakıya gəlib"
- Bakıda gecə klubunun sahibi cəzalandırıldı
- "Doğma Bakıda görüşərik" - Tanınmış stilist Vladislav Lisovets dəb sirlərini bölüşəcək