Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Nazir: "Azərbaycanda məktəbəqədər təhsilə əlçatanlıq tarix boyu aşağı göstəricilərlə yadda qalıb"
"Azərbaycanda məktəbəqədər təhsilə əlçatanlıq tarix boyu aşağı göstəricilərlə yadda qalıb. Hazırda hər iki yaşda uşaqdan birinin (1-5 yaş arası uşaqlar) məktəbəqədər təhsillə təmini hədəfdir".
Oxu.Az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "Məktəbəqədər təhsildə keyfiyyətə yeni baxış" adlı II beynəlxalq konfransda deyib.
Nazir qeyd edib ki, sovet dövründə bağçalarla təminat 10% olub:
"Hədəfimiz bunu 50%-ə çatdırmaqdır. Bundan əlavə, 5 yaşda uşaqların məktəbəqədər siniflərə cəlb edilməsi də əsas məqsədlərdən biridir. Əvvəlki illərlə müqayisədə bu göstəriciləri 30%-dən 90%-a çatdırmağa hazırlaşırıq. Hazırda uşaqların 80%-ə yaxını azı bir il məktəbəqədər təhsilə cəlb olunur".

Məhərrəm Əliyev
"Emin Əmrullayev" teqi üzrə xəbərlər
- 20 ilə yaxın ABŞ-də çalışmış şəxsə Qarabağda yüksək VƏZİFƏ VERİLDİ
- Nazirlərin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ
- Emin Əmrullayev: "Kredit əsaslı və sturkturlaşmış doktorantura pilləsi hazırlanmalıdır"
- Ağdamdakı 1 nömrəli körpələr evi-uşaq bağçasından FOTOREPORTAJ
- Kolleclərdə müəllimlik ixtisasının ləğvi məsələsi GÜNDƏMDƏ