Azərbaycandakı məscidlərin birində namaz vaxtı maraqlı hadisə baş verib.
Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, namaz zamanı baş verənlər videokameraya çəkilib.
Babası ilə məscidə gələn nəvə namaz vaxtı maraqlı hərəkətlər edir. Baba səcdəyə əyilərkən onun belinə çıxır, əlindəki oyuncaq tapança ilə ətrafı nişan alır.
Bu görüntülər Türkiyə telekanalları tərəfindən maraqla qarşılanıb.