Bakı şəhəri Səbail rayonu ərazisində intihar hadisəsi baş verib.
Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, Rayon Polis İdarəsindən verilən məlumata görə, İçərişəhərdə, Asəf Zeynallı küçəsi 37 ünvanında yerləşən “Caspian Geology” şirkətinin baş ofisində 1952-ci il təvəllüdlü Əliyev Saleh Əlipaşa oğlu özünü xidməti otağında asaraq intihar edib.
S.Əliyevin asılı vəziyyətdə qalmış meyitini şirkətin əməkdaşları aşkarlayıblar.
Qeyd edək ki, intihar edən şəxs Suraxanı rayon Yeni Günəşli qəsəbəsi V yaşayış massivində yaşayıb. O, yuxarıda qeyd edilən şirkətin əməkdaşı olub.