Bakıdakı Əjdərbəy, Təzəpir və digər məscidlərdə Qurban bayramı münasibətilə namaz qılınıb.
Oxu.Az xəbər verir ki, mərasimdə din xadimləri, paytaxt sakinləri, eləcə də şəhərin müsəlman qonaqları iştirak ediblər.




Təzəpir məscidindən daha çox foto burada: PhotoStock.az
Bu gün Azərbaycanda Qurban bayramı qeyd olunur. Bu münasibətlə ölkədə fəaliyyət göstərən bütün məscidlərdə bayram namazı qılınır.
Oxu.Az xəbər verir ki, Təzəpir məscidində bayram namazı saat 09:00-da başlanıb.
Namaz hacı Şamil Rəsulovun rəhbərliyi ilə qılınır.
Namazda Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam hacı Allahşükür Paşazadə, Azərbaycanda yaşayan əcnəbilər və bir sıra din xadimləri iştirak edirlər.
Bu gün Azərbaycanda Qurban bayramı qeyd olunur. Bu münasibətlə ölkədə fəaliyyət göstərən bütün məscidlərdə bayram namazı qılınır.
Oxu.Az xəbər verir ki, Əjdərbəy məscidində bayram namazı saat 08:00-da başlanıb.
Namaz Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini, müfti Hacı Salman Musayevin rəhbərliyi ilə qılınır.
Daha çox foto burada: PhotoStock.az
Məhərrəm Əliyev