İsmayıllının Xəleyi meşəsində yanğın hadisəsi qeydə alınıb.
Oxu.Az Kanal S-ə istinadən bildirir ki, dağlıq ərazidə başlayan yanğın qısa müddət ərzində genişlənib. Yanğının qarşısını almaq məqsədilə əraziyə Fövqəladə Hallar Nazirliyinin İsmayıllı Yanğından Mühafizə Hissəsinin texnika və canlı qüvvəsi cəlb olunub.
Yanğınla mübarizə indiki saatlarda da davam edir.
Yanğının hansı səbəbdən baş verməsi isə hələlik məlum deyil.