Azərbaycanda bütün tibbi personalın, tibb müəssisələrinin etibarlı, təhlükəsiz geniş zolaqlı şəbəkəyə qoşulmasını təmin edən Milli Səhiyyə Şəbəkəsi yaradılacaq.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya”da əksini tapıb.
Eyni zamanda elektron sağlamlıq kartı sistemi inkişaf etdirilməli və bütün yaş qrupları elektron sağlamlıq kartları ilə təmin olunmalıdır. Strategiyada tibbi informasiya sistemlərinin tətbiqinin genişləndirilməsi və elektron sağlamlıq sistemi ilə əlaqələndirilməsi, ümumi istifadə üçün tibbi resursların yaradılması, telesəhiyyənin inkişaf etdirilməsi və tibb işçilərinin İKT biliklərinin artırılmasının stimullaşdırılması da əksini tapıb.