Naxçıvanda orta məktəb müəllimi vəfat edib.
Oxu.Az xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat paylaşılıb.
Belə ki, Naxçıvan şəhər 6 nömrəli tam orta məktəbdə ibtidai sinif müəlliməsi işləmiş Səmayə Mirişli dünyasını dəyişib.
Onun ölüm səbəbi barədə məlumat verilməyib.
