Tanınmış müğənni Faiq Tağıoğlu (Ağbabalı) vəfat edib.
Publika.az xəbər verir ki, bir müddət əvvəl koronavirusa yoluxan sənətçinin həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edilir ki, Faiq Tağıoğlu “Ağbaba” qrupunda fəaliyyət göstərib.
O, Qərbi Azərbaycan folklorunun qorunub-saxlanılmasında xidmətləri olan müğənni, həmçinin, el şənliklərinin mahir aparıcısı kimi tanınıb.
