Azərbaycanda müşahidə edilən faktiki hava şəraiti açıqlanıb.
Bu barədə Oxu.Az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
İyunun 18-i saat 17:00-a olan məlumata əsasən, Şahbuz, Culfa, Ordubad, Daşkəsən, Qax, Xınalıq, Şəki, Qusar, Qrız, Şahdağ, Yardımlı, Lerikdə şimşək çaxıb, arabir yağış yağıb.
Şəki rayonu ərazisinə saat 16:30-da diametri 6-8 mm olan dolu düşüb.
Havanın temperaturu Bakıda və Abşeron yarımadası, Naxçıvan MR-da, Aran rayonlarında 37, dağlıq rayonlarda 25 dərəcəyədək isti olub.
Azərbaycanda müşahidə edilən faktiki hava şəraiti açıqlanıb.
Bu barədə Oxu.Az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
İyunun 18-i saat 10:00-a olan məlumata əsasən, əksər rayonlarda hava şəraiti sabit, əsasən yağmursuz keçib, lakin gündüz bəzi dağlıq rayonlarda şimşək çaxıb, arabir qısamüddətli yağış yağıb.
Düşən yağıntının miqdarı Göygöl, Gədəbəydə 1 mm-dək olub.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 37, Naxçıvan MR-da 39, Aran rayonlarında 38, dağlıq rayonlarda 26 dərəcəyədək isti olub.