Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Azərbaycanda müşahidə edilən FAKTİKİ HAVA - 18.07.2024
Azərbaycanda müşahidə edilən faktiki hava şəraiti açıqlanıb.
Oxu.Az bildirir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, iyulun 18-i saat 9:00-a olan məlumata görə, əvvəlcədən xəbər verildiyi kimi, əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib, lakin bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.
Düşən yağıntının miqdarı Şəmkirdə 6 mm, Gədəbəydə 4 mm, Göygöl, Zaqatala, Şəki, Balakən, Gəncə, Tərtərdə 2 mm-dək olub.
İyulun 17-də sarı xəbərdarlığa uyğun olaraq, şərq küləyi arabir Culfada 19 m/s-dək güclənib.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 36, Naxçıvan MR-də və aran rayonlarında 38, dağlıq rayonlarda isə 27 dərəcəyədək isti olub.
Rəylər