Azərbaycanda nadir hallarda rast gəlinən məhkəmə qərarı çıxarılıb.
Oxu.Az Publika.az-a istinadən xəbər verir ki, bu gün Abşeron Rayon Məhkəməsinin qərarı ilə Nəzifə Məmmədovaya (ad şərtidir-red) aliment kəsilib.
Belə ki, 42 yaşlı Arif Məmmədov (ad şərtidir-red) həyat yoldaşı, 33 yaşlı Nəzifə Məmmədovaya boşanmaqla bağlı iddia qaldırıb. N.Məmmədova isə bildirib ki, yaşayış və iş yeri olmadığı üçün uşaqlarını özüylə saxlaya bilməyəcək.
Belə olan halda uşaqlar ataya verilib və anaya hər uşağa görə 100 manat, ümumilikdə 200 manat aliment kəsilib.