Ötən gün axşam saatlarında Qax səmasında uçan naməlum obyekt görünüb.
Qax sakini, 13 yaşlı Pərvin Məmmədli bu görüntüləri telefonunun yaddaşına köçürüb.
Qax rayon Fıstıqlı kənd sakinləri axşam saatlarında səmada işıq kütləsi görüblər. Bu işıq kütləsinin sonradan böyüyərək şaxələndiyini müşahidə ediblər.
Oxu.Az APA TV-yə istinadən xəbər verir ki, videodan da görmək olur ki, naməlum obyekt sürətli şəkildə hərəkət edir və gözdən itir.