Qax rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların vəziyyəti açıqlanıb.
Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, xəsarət alan beş nəfər (kişi) noyabrın 19-da saat 16:00-da Qax Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
"Onlara başın və bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları diaqnozu təyin edilib. Hazırda xəsarət alanlardan iki nəfərin müalicəsi tibb müəssisəsinin müvafiq şöbəsində davam etdirilir, vəziyyətləri stabil qiymətləndirilir. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən üç nəfərə zəruri tibbi yardım göstərilib və onlar ambulator müalicə üçün evə buraxılıblar", - deyə məlumatda bildirilib.