Bu gün Azərbaycanda narkotik asılılığı yaşayan şagirdlər, hətta ali təhsil müəssisələrinin tələbələri var.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, bunu Narkotiklərə Qarşı Milli Təbliğat Ofisinin rəhbəri Məzahir Əfəndiyev söyləyib.
O bildirib ki, 2013-cü illə bağlı rəsmi statistika da artıq şagirdlərin də narkotik vasitə ilə bağlı cinayət məsuliyyətinə cəlb olunduğunu və bu sahəyə xüsusi diqqət ayrılmalı olduğunu göstərir.
Məzahir Əfəndiyev hesab edir ki, narkotik vasitələrə meyilliliyin aradan qaldırılması üçün insanlar düzgün maarifləndirilməli, reabilitasiya mərkəzləri yaradılmalıdır.