Tunay Əliyeva 17 iyulda Laçında doğulub. BDU-nun Hüquq fakültəsində təhsil alıb. Aparıcılıq fəaliyyətinə ilk dəfə ANS televiziyasında 2009-cu ildə başlayıb.
Orada “Yallı rəqs” müsabiqəsində, “Zərif Çərşənbə” verilişlərində aparıcılıq edib. Sonra Lider televiziyasında bir müddət “Dəniz döyüşü” verilişini aparandan sonra fəaliyyətini “Space” televiziyasında “Hava haqqında məlumat” verilişində davam etdirib. Hazırda regional kanalda “Avtodrom” verilişinin aparıcısıdır.
Tunay həmçinin “Əzizim Fellini” və “Ultionis” filmlərində baş rolları ifa edib.
Azərbaycanın ən bahalı modeli statusunu alıb. Hobbisi şəkil çəkməkdir.
Oxu.Az Azvision.az-a istinadən T.Əliyevanın fotolarını təqdim edir.