Quba rayonunda narkotik vasitələrin yetişdirildiyi plantasiya aşkar edilib.
Oxu.Az Publika.az-a istinadən xəbər verir ki, Quba Polis Şöbəsinin (RPŞ) əməkdaşları daxil olmuş məlumat əsasında rayonun Barlı kəndində əməliyyat keçirib. Əməliyyat zamanı 2 sotdan artıq sahəni əhatə edən narkotik plantasiya müəyyənləşdirilib.
Məlum olub ki, həmin sahə Qubanın Barlı kənd sakini 55 yaşlı Mirişov Fərman Sədulla oğluna məxsusdur. Həmin şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. F.Mirişov istintaqa verdiyi ifadəsində narkotik vasitəni şəxsi istifadəsi üçün əkdiyini deyib.
Faktla bağlı Quba RPŞ-də cinayət işi açılıb, araşdırmalar davam etdirilir.