Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Azərbaycanda nazirin həbsi ilə bağlı maraqlı FAKTLAR - YENİLƏNİB + FOTO/VİDEO
Naxçıvan Muxtar Respublikasının maliyyə naziri Rafael Əliyevin həbsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, R.Əliyev Dövlət Təhlükəsizliyi Xidmətinin Naxçıvan Gömrük Komitəsində həyata keçirdiyi əməliyyatların və Cinayət Məcəlləsinin 179.4-cü maddəsi (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və ya israf etmə) ilə başlanmış işin gedişi üzrə həbs edilib.
Belə ki, bir neçə gün əvvəl DTX Naxçıvan MR Gömrük Komitəsində əməliyyat tədbirləri keçirib, müxtəlif rəhbər vəzifəli şəxslər məsuliyyətə cəlb edilərək həbs ediliblər.
Aparılan cinayət işi üzrə Naxçıvan MR Gömrük Komitəsinin Gömrük tariflərinin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi Əsgərov Mənsur Turan oğlu da həbs edilib. Həmin vəzifəni isə 2020-ci ilin avqust ayınadək Rafael Rza oğlu Əliyev tutub.
Xatırladaq ki, Naxçıvan MR Ali Məclisinin Sədri Vasif Talıbovun 19 avqust 2020-ci il sərəncamı ilə Rafael Əliyev Naxçıvan Muxtar Respublikasının Maliyyə naziri təyin edilib. Bundan sonra Mənsur Əsgərov Naxçıvan MR Gömrük Komitəsinin Gömrük tariflərinin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi vəzifəsinə gətirilib.
"DTX" teqi üzrə xəbərlər
- DTX-dən ƏMƏLİYYAT: Azərbaycanda dini icma üzvünə sui-qəsd hazırlayanlar HƏBS OLUNDULAR
- "Etdiyim əməllərdən peşmanam": Dövlət xadiminə sui-qəsd hazırlamaqda təqsirləndirilənin məhkəməsi
- Terrorçuluğa çağırışlar edən şəxsə hökm elan olundu
- DTX tərəfindən həbs olunan şəxs hansı vədlər müqabilində Fransaya casusluq edib? - MƏHKƏMƏ İŞİ
- Dövlətə xəyanətə görə həbs edildi - DTX-dən ƏMƏLİYYAT
Rəylər