Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Azərbaycanda nə qədər İİV xəstəsi qeydiyyata alınıb? - AÇIQLAMA
Azərbaycanda İnsanın immunçatışmazlığı virusu/Qazanılmış İmmun Çatışmazlığı Sindromuna (İİV/QİÇS) yoluxma əsasən yüksəkriskli qruplar arasında yayılır. Ölkədə vətəndaşlar arasında İİV-ə yoluxma halları 1987-2022-ci illərdə aşkar olunub. Həmin illərdə yoluxmalara səbəb inyeksion narkotik istifadəsi olub.
Bəs ümumilikdə Azərbaycanda İİV-ə yoluxma ilə bağlı vəziyyət necədir? İlk dəfə İİV infeksiyasının aşkar edildiyi vaxtdan cari ilin 5 ayının sonunadək Respublika QİÇS-lə Mübarizə Mərkəzində nə qədər insan qeydiyyata alınıb?
Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda, ölkəmizdə İİV infeksiyasının yayılması ilə bağlı epidemioloji təhlükə qeyd olunmur:
"Azərbaycanda İİV infeksiyasının ilk dəfə aşkar olunduğu 1987-ci ildən 2024-cü ilin I rübünün sonuna virusla yaşayan insanların sayı 9 258 nəfərdir. Onlardan 69,5%-i kişilər, 30,5%-i qadınlardır. Səhiyyə Nazirliyinin nəzarəti sayəsində nazirliyin Respublika QİÇS-lə Mübarizə Mərkəzi tərəfindən risk qrupları arasında aparılan məqsədli fəaliyyət İİV infeksiyasının yayılmasını təmərküzləşmiş mərhələdə saxlamağa imkan verib. Azərbaycan daxil olduğu Şərqi Avropa və Mərkəzi Asiya regionu ölkələri arasında İİV-ə yoluxma göstəricisi ən aşağı olan ölkələr sırasındadır".
Qeyd edək ki, ölkədə orta və ali təhsil müəssisələrində mövzu ilə əlaqədar maarifləndirci tədbirlər təşkil edilir. İİV/QİÇS problemi üzrə ölkəmizdə fəaliyyət göstərən beynəlxalq təşkilatlarla da əməkdaşlıq davam etdirilir.
Könül Cəfərli
"Səhiyyə Nazirliyi" teqi üzrə xəbərlər
- Sağlamlıq turizminin inkişafı məqsədilə xüsusi işçi qrup yaradılıb
- Artan körpə ölümləri: Son 25 ilin ən yüksək göstəricisi - Səbəblər nədir və nə etməliyik?
- Səhiyyə Nazirliyi Füzuli şəhərində səyyar tibbi müayinələr təşkil edib
- Dövlət və hökumət rəsmiləri ümummilli lider Heydər Əliyevin xatirəsini yad edirlər
- Teymur Musayev: "Saxta diplomlarla bağlı Baş Prokurorluğa müraciət etmişik"
Rəylər