Ölkə üzrə vaksin olunan təhsil işçilərinin sayı açıqlanıb.
Oxu.Az-ın məlumatına görə, bunu yeni tədris ilinin təşkil olunması ilə bağlı keçirilən brifinqdə nazir Emin Əmrullayev bildirib.
Onun sözlərinə görə, 82 faizə yaxın təhsil işçisi peyvənd olunub:
“Bu, 169 862 nəfər təhsil işçisi deməkdir. Vaksinin hər iki dozasını qəbul edən təhsil işçilərinin sayı 138 mindən çoxdur”.
İlhamə Əbülfət