Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Azərbaycanda ögey ana bacı-qardaşı evdən qovub? - İDDİA
Astaranın Kolatan kənd sakinləri - 28 yaşlı Qəmər Məmmədova və qardaşı, 30 yaşlı Mahir Sabirli evdən qovulduqlarını, aylardır küçələrdə qaldıqlarını bildiriblər.
"Ögey anamız bizi evdən qovub. Anam rəhmətə gedib. Atam ikinci dəfə evlənib. Yeddi aydır ki, küçələrdəyik. Lənkəranda meşələrdə qalmışıq, orada da heç kim bizə sahib çıxmadı. Qardaşım fəhləlik edir. Mən də xəstəyəm, işləyə bilmirəm", - Qəmər Məmmədova söyləyib.
Bacı-qardaşın sözlərinə görə, dörd gündür Astara sakini İlqar Quliyevin evində qalırlar.
"Qonşu qaça-qaça gəlib dedi ki, sizin evinizdə kimsə var. Mən də dərhal məhəllənin uşaqlarını yığdım, gəlib gördüm ki, bunlardır. Ev qardaşımın evidir, qəzalı vəziyyətdədir. Onları bir yerə yerləşdirmək lazımdır. Gecə burada ölə də bilərlər", - deyə ev sahibi İlqar Quliyev bildirib.
Qeyd edək ki, bacı-qardaşın sığınacağa yerləşdirilməsi üçün artıq aidiyyəti orqanlara müraciət olunub.
Ətraflı Baku TV-nin süjetində:

"Sakin şikayəti" teqi üzrə xəbərlər
- İsmayıllıda mal-qaranın tələf olmasına səbəb nədir?
- Abşeronda 500-ə yaxın sakin çarəsiz vəziyyətdə: "Gərək araba alaq"
- "Yeni Klinika" əməkdaşlarının MAAŞLARI VERİLMİR: "Ödənişi qeyri-müəyyən vaxta qədər uzadıblar"
- Şirkət rəhbəri vətəndaşları necə aldadıb?
- Qobu qəsəbəsinin KEÇİLMƏZ YOLLARI: "Nəinki piyadaların, heç avtomobillərin hərəkəti MÜMKÜN DEYİL"